Bank Of Baku

Bakıda NATO proqramı üzrə treyninq keçirilir

Bakıda NATO proqramı üzrə treyninq keçirilir
# 01 oktyabr 2025 17:32 (UTC +04:00)

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treyninqi”nin üçüncü mərhələsi keçirilir.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.
Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını və tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini yüksəltmək, eyni zamanda təhsil prosesini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
NATO proqramı çərçivəsində keçirilən treyninqlər oktyabrın 3-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR