NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantısı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ Müdafiə naziri Mark Esper ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, tərəflər Azərbaycan ilə ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
28 oktyabr 2019 09:45 (UTC +04:00)
Hərbi
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
15:04
6 may 2024
Azad edilmiş ərazilərdə daha 79 mina, 378 PHS aşkarlanıb
12:39
6 may 2024
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024