Bank Of Baku

“Dəniz kuboku-2019”-un hakimlərinin müşavirəsi keçirilib

“Dəniz kuboku-2019”-un hakimlərinin müşavirəsi keçirilib
# 01 avqust 2019 15:30 (UTC +04:00)

Avqustun 1-də Bakıda “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin hakimlər komissiyasının təşkilati müşavirəsi keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, tədbirdə komissiyanın katibliyi və səhra hakimləri təqdim olunub, fəaliyyətlərə nəzarət edəcək nümayəndələr təyin edilib və texniki komissiyanın tərkibi seçilib.

Sonra səhra hakimlərinin fəaliyyətinə nəzarət edəcək nümayəndələrin və texniki komissiya üzvlərinin baş hakim tərəfindən təlimatlandırılması icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR