Dövlət Sərhəd Xidmətində Zəfər Günü qeyd olunub.
DSX-dan APA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib. II Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs savaşda həlak olmuş igid oğulların xatirəsi anılıb.
Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində davam edən və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının parlaq qələbəsi ilə başa çatdığını xüsusi vurğulayıb.
Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.
Müzəffər Ali Baş Komandanın sərhədçiləri “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görməsi, orden və medallarla təltif etməsi, cari ilin aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində yeni hərbi hissənin açılış mərasimində “Sərhədçilərin ümumi zəfərdə rolu böyükdür. Mən bunu qiymətləndirirəm!” deməsi, cari ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamış 3 yeni hərbi hissəyə gəlişinin Azərbaycanın Sərhəd Mühafizəsinə göstərilən ali etimadın ifadəsi olduğu vurğulanıb.
Tədbirdə Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yurdumuzun bütövlüyü uğrunda şəhadətə qovuşmuş oğullarımızın əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi, ulu əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.
Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri, milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə edəcəkləri vurğulanıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, döyüşlər zamanı şəxsi igidlik və sücaət göstərdiklərinə görə təltifləndirilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub, həmçinin xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri müsbət nəticələrə görə və 8 noyabr “Zəfər Günü” münasibətilə bir sıra hərbi qulluqçular və işçilər təltif olunublar.
Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin “Zəfər Günü”nə həsr etdikləri bayram konsertini izləyib.
Dövlət Sərhəd Xidmətində Zəfər Günü qeyd olunub
Hərbi
Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB
Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş təşkil olunub - FOTO
Bakıda Zəfər Günündə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib - FOTO
Xəbər Lenti
İsrail Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib, yaralananlar var
Reuters: Uitkoff və Kuşner Əbu-Dabi danışıqlarından sonra Putinlə görüşə bilərlər
Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib
Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib
Qalibaf: İsrail ABŞ-ı İranla bitməyən müharibəyə cəlb etməyə çalışır
Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb
İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3
İran Rzayi ilə Vensin Qətərdə görüşəcəyi barədə məlumatı təkzib edib
“Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib
Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək
Rusiya və Ukrayna nümayəndə heyəti üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb
“Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırlayıb
Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL
Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB
COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur
Adanada zəlzələ olub
Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
Münhendə yaşayan Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər - FOTO
Naxçıvanda 3 maşın toqquşub, xəsarət alan var - FOTO
Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Mingəçevirdə 27 yaşlı oğlan bıçaqlanıb
Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
FHN-in strukturlarında Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib
Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
Putin, Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi müzakirə olunur
Kreml Əbu-Dabidəki danışıqlarda Avropa "üçlüyü"nün iştirak edəcəyini təkzib edib
Ukrayna Rusiyanın Leninqrad vilayətinə dron zərbələri endirib, 1 nəfər ölüb
İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB-1
İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib
Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Antalyada COP-31-in açılış mərasimi olub - FOTO
İran XİN sözçüsü: Bizim planımız Hörmüz boğazında təhlükəsizliyin bərpasına zəmin yaradacaq
Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır