Bank Of Baku

DSX Ermənistan hərbçilərinin Azərbaycan vətəndaşını saxlaması barədə məlumata dair açıqlama yayıb

DSX Ermənistan hərbçilərinin Azərbaycan vətəndaşını saxlaması barədə məlumata dair açıqlama yayıb
# 16 mart 2019 13:42 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi Azərbaycan vətəndaşının Ermənistan hərbçiləri tərəfindən saxlanması barədə məlumatlara münasibət bildirib.

Mətbuat Mərkəzindən ONA-ya bildirilib ki, Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.

"Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­mış, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hal-hazırda araşdırma işləri davam edir", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşının tutulduğu barədə məlumat yayıb. Tutularkən erməni əsgərlər onu ayağından yaralayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR