Bank Of Baku

DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO

DSX hərbi hissəsində andiçmə mərasimi

© APA | DSX hərbi hissəsində andiçmə mərasimi

# 15 fevral 2022 17:58 (UTC +04:00)

Fevralın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Qurumdan APA-ya verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoq­ramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər gənc əsgərlərin DSX heyəti sırasına daxil olduqları günün Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində ölkəmizin ərazi bütöv­lüyünün bərpa olunmasından sonra sərhəd mühafizəsi tarixinin şanlı döv­rünə təsa­düf etdiyini vurğulanıblar.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqa­mə­tin­də işlərin sürətlə davam etdirildiyi, işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüşmüş sərhədçilərin bu torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını, milli maraqlarımızın müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiy­yətlər arzulan­ıb.

Karantin və sosial məsafə qaydalarına əməl edilməklə təşkil olunan mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR