Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etməkdir.
Yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.