Bank Of Baku

Hərbi Akademiyanın kursuna növbəti qəbulun açılışı olub - FOTO

Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun açılışı

© APA | Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun açılışı

# 03 fevral 2022 15:53 (UTC +04:00)

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursuna növbəti qəbulun açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev akademik kursun açılış münasibətilə Müdafiə nazirinin adından mərasim iştirakçılarını təbrik edib, tədrisdə və işlərində uğurlar arzulayıb.
Təhsil müddətində dinləyicilərə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələrin oxunacağı bildirilib. Tədris prosesi 5 ay olmaqla hər ilin fevral-iyun aylarında mühazirələr, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr formasında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR