Bank Of Baku

Hərbi Hava Qüvvələrində təlim uçuşları keçirilib - VİDEO

Hərbi Hava Qüvvələrində təlim uçuşları

© APA | Hərbi Hava Qüvvələrində təlim uçuşları

# 17 fevral 2022 14:52 (UTC +04:00)

Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, senariyə əsasən MiQ-29 tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub.
Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR