Bank Of Baku

Hərbi hissələrin döyüşə hazırlığı yoxlanılıb - VİDEO

Hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması

© APA | Hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması

# 16 fevral 2022 17:48 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, yoxlamalar zamanı "Həyəcan" siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib.

Yoxlamaların keçirilməsində əsas məqsəd qoşun növü bölmələrinin qarşılıqlı əlaqədə döyüşə hazırolma vəziyyətinə gətirilmə vərdişlərinin, eləcə də komandir heyətinin yaranmış şəraitə uyğun vəziyyəti qiymətləndirmə və çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR