Bank Of Baku

Hərbi prokuror "MİQ-29"-un qəzaya uğradığı əraziyə gedib - YENİLƏNİB

Hərbi prokuror "MİQ-29"-un qəzaya uğradığı əraziyə gedib - YENİLƏNİB
# 25 iyul 2019 12:39 (UTC +04:00)

Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb.

Hərbi Prokurorluqdan APA-ya bildirilib ki, hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.

Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək. Qeyd olunub ki, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

***

11.23

Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Hərbi Prokurorluqda cinayət işi başlanaraq prokurorluğun təcrübəli, peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

“Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib”, - Hərbi Prokurorluqdan bildirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR