Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur.
APA-nın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Eyni zamanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.
Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
Hərbi qulluqçulara məzuniyyətə çıxarkən 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur
13 noyabr 2021 19:00 (UTC +04:00)
Hərbi
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024
Azərbaycan müdafiə nazirinin müavini İrana səfər edib
13:19
3 may 2024
Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” təlimində tapşırıqları yerinə yetirirlər
12:03
3 may 2024