Bank Of Baku

İdarə rəisi: Müdafiə Nazirliyi kibertəhlükəsizlik sahəsində mühüm işlər görüb

İdarə rəisi: Müdafiə Nazirliyi kibertəhlükəsizlik sahəsində mühüm işlər görüb
# 02 oktyabr 2026 11:46 (UTC +04:00)

Kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilib.

APA xəbər verir ki, bunu “ADEX 2026”-da Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektoral görüşdə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov deyib.

O bildirib ki, Müdafiə Nazirliyi tərəfindən kibertəhlükəsizlik sahəsində, xüsusilə insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülüb.

MN-in İdarəsi rəisinin sözlərinə görə, Azərbaycan hərbçiləri bu il ilk dəfə NATO-nun təşkilatçılığı ilə keçirilən “Cyber Shield” təlimində iştirak ediblər.

O qeyd edib ki, Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə hərbi təlimdə kibertəhlükəsizlik komponentinə də xüsusi diqqət yetirilib: “Bu təlimdə kibertəhlükəsizlik komponenti də nəzərə alınıb və uğurla icra olunub. Əməliyyatın ilk mərhələsində kiberəməliyyat qrupu şərti terrorçu qruplaşmalara qarşı fəaliyyət həyata keçirib. Bu, Azərbaycan hərbi qulluqçuları üçün böyük təcrübə olub”.

Elşən Həsənov əlavə edib ki, hərbi qulluqçular beynəlxalq və yerli tədbirlər, eləcə də müxtəlif ixtisasartırma kurslarında iştirak edərək təcrübələrini artırırlar: “Müasir silah və hərbi texnikaların alınması ilə yanaşı, onların mövcud sistemlərə təhlükəsiz inteqrasiyası da böyük əhəmiyyət daşıyır. Artıq ordumuzda müasir və yeni silahlar alınır. Bu silahların təhlükəsizliyi vacib məsələlərdən biridir və bunun üzərində ciddi şəkildə çalışırıq”.

MN rəsmisi kritik informasiya infrastrukturunun təhlükəsizliyi istiqamətində də mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, elektron xidmətlərin rəqəmsallaşdırılması prosesində kibertəhlükəsizlik məsələlərinin prioritet təşkil etməsi əsas istiqamətlərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR