Bank Of Baku

Maşında qadına şiddət göstərən şəxs saxlanılıb, cinayət işi açılıb

Maşında qadına şiddət göstərən şəxs saxlanılıb, cinayət işi açılıb
# 02 oktyabr 2026 11:54 (UTC +04:00)

Maşında qadına şiddət göstərilməsi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli bildirib. Məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb, məlum olub ki, sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

Hadisə ilə bağlı toplanmış materiallar əsasında cinayət işi başlanılıb.

Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Qeyd edək ki, maşında qadına şiddət göstərən Nicat Azadlının tanınmış rəqqas, rəqs müəllimi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR