Bank Of Baku

Qaxda 7 kq narkotik aşkarlanıb

Qaxda 7 kq narkotik aşkarlanıb
# 02 oktyabr 2026 11:39 (UTC +04:00)

Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN- mətbuat xidmətinin Şəki Regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR