Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Shacman" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəzada avtomobilin sürücüsü xəsarət alıb.