Bank Of Baku

İran vətəndaşı azaraq Azərbaycan tərəfə keçib - FOTO - VİDEO

Azaraq Azərbaycan tərəfə keçən İran vətəndaşı

© APA | Azaraq Azərbaycan tərəfə keçən İran vətəndaşı

# 11 fevral 2022 11:47 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Qurumun Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, fevral ayının 10-da saat 13:20 radələrində DSX Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilib.

Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb, qısa müddət ərzində qeyd olunan şəxsin İİR tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR