Paşha Bank
Bank Of Baku

İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib
# 15 oktyabr 2026 10:02 (UTC +04:00)

Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, "Axtarış və xilasetmə sahəsində ekspert görüşü” keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iştirak etmək üçün İtaliya Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ölkəmizə səfər edib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edərək silahlanmada olan aviasiya vasitələri, uçuş avadanlıqları, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti və xidmət şəraiti ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR