Dövlət Sərhəd Xidmətinin (DSX) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi media-tur çərçivəsində jurnalistlər Qubadlı rayonunun Qəzyan kəndində fəaliyyət göstərən hərbi xəstəxanada olublar.
APA-nın əməkdaşının məlumatına görə, jurnalistlərə bildirilib ki, üçmərtəbəli xəstəxana bütün avadanlıq və texnikalarla, dərman ləvazimatları ilə tam təmin olunub.
Hərbçilərin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.
DSX hospitalının həkimləri gecə-gündüz hərbçilərin xidmətindədir.