Bank Of Baku

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə məlumatlar yalandır

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə məlumatlar yalandır
# 25 sentyabr 2019 15:14 (UTC +04:00)

Müdafiə Nazirliyi (MN) Azərbaycana məxsus PUA-nın vurulması barədə düşmən tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb: “Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.

Qeyd edək ki, bu gün Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı məlumatlar yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR