Dekabrın 31-də Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan, o cümlədən Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib.
Müdafiə naziri Vətən müharibəsində yaralanan hərbi qulluqçularla görüşüb - VİDEO
© APA | Müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüş
31 dekabr 2021 11:50 (UTC +04:00)
Hərbi
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024
Azərbaycan müdafiə nazirinin müavini İrana səfər edib
13:19
3 may 2024
Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” təlimində tapşırıqları yerinə yetirirlər
12:03
3 may 2024