Müdafiə Nazirliyi əsgər valideynləri və yaxınlarına müraciət edib - VİDEO

Müdafiə Nazirliyi əsgər valideynləri və yaxınlarına müraciət edib - VİDEO
# 30 yanvar 2022 11:16 (UTC +04:00)

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.
Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR