Bank Of Baku

Müdafiə Nazirliyi kursantın itkin düşməsi ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB

Müdafiə Nazirliyi kursantın itkin düşməsi ilə bağlı məlumat yayıb  - VİDEO   - YENİLƏNİB
# 14 fevral 2022 22:40 (UTC +04:00)

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Hüseynli Vüsal Elşən oğlunun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirlyindən bildirilib.

***

20.40

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

Bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR