“2019-cu ilin ikinci yarısından başlayaraq yeni struktur layihələri formalaşıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib.
O bildirib ki, tabeli müəssisələrin profilləri, istehsalat gücləri yenidən təhlil edilib: “Ötən illər ərzində görülən işlər müəssisələrdə müzakirəyə çıxarılıb. Müdafiə sənayesi sahəsində dönüş yaratmaq üçün nazirlik tərəfindən müəssisələrdə mövcud olan yeni müasir texnikaya bu gün fikir verilir. Zəruri sayılan və xarici əlaqələr yenidən bərpa edilib və yeni xarici əlaqələrə start verilib”.
Nazir müavini müdafiə təyinatlı məmulatlara dair sifarişlərin formalaşdırıldığını və təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcəyini vurğulayıb.