Bank Of Baku

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO - YENİLƏNİB

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 06 avqust 2021 16:33 (UTC +04:00)

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR