Bank Of Baku

Nazir: "Azərbaycan 30-dan çox ölkəyə hərbi məhsul ixrac edir"

Mədət Quliyev

© APA | Mədət Quliyev

# 17 dekabr 2021 15:03 (UTC +04:00)

2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub.

APA-nın məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Nazir qeyd edib ki, bunun nəticəsində Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub.

M. Quliyev vurğulayıb ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən silah-sursatlarla düşmən məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR