Bank Of Baku

Azərbaycan snayperləri beynəlxalq yarışa hazırlaşır

Azərbaycan snayperləri beynəlxalq yarışa hazırlaşır
# 01 avqust 2019 16:52 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə silahlardan sınaq atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, müsabiqəyə hazırlıq dövründə komandalar yarışların xüsusiyyətləri, keçirilmə şərtləri, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.

Püşkatmanın nəticələrinə əsasən 21 ölkədən olan nümayəndələrin iştirakı ilə keçiriləcək müsabiqədə iştirak etmək üçün snayperlər tibbi yoxlamadan keçib və təhlükəsizlik qaydaları ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR