Bank Of Baku

Sumqayıtda aprel şəhidinin xatirəsi anılıb

Sumqayıtda aprel şəhidinin xatirəsi anılıb
# 09 aprel 2019 17:07 (UTC +04:00)

Sumqayıtda 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anım mərasimi keçirilib.

ONA-nın yerli bürosunun məlumatına görə, tədbir iştirakçıları şəhidin fotolarından ibarət sərgi ilə yaxından tanış olublar. Daha sonra mərasimdə şəhidin anası Ceyran Axundova çıxış edib, oğlu ilə bağlı xatirələrini bölüşüb, tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Mərasimdə “Mən səninləyəm Ana Vətən” bədii-sənədli filmi nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR