Türkiyə Silahlı Qüvvələri Ermənistanın işğalından azad edilmiş rayonlarda minaların axtarışı və zərərsizləşdirilməsi fəaliyyətlərinə dəstəyini davam etdirir.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ötən ay Türkiyə və Azərbaycan hərbçiləri tərəfindən 5236 kvadrat metr ərazi, ümumilikdə isə 132 kvadrat kilometr ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Bundan əlavə, 1 630 nəfər təlimə cəlb olunub.