Bank Of Baku

Xarici işlər naziri:  “Azərbaycan azad etdiyi ərazilərdə kütləvi məzarlıqlar tapıb”    - VİDEO

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 10 fevral 2022 10:32 (UTC +04:00)

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb”

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, söhbət burada minlərlə insanın qalıqlarından getmir: "Ancaq ən azı bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin işləri törətmiş erməni tərəfi bu barədə çox məlumatlı, bələddir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatlarının heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR