Bank Of Baku

Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul başlayır

Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul başlayır
# 28 fevral 2018 10:57 (UTC +04:00)

Martın 1-dən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə namizədlərin ərizə və sənədlərinin qəbulu başlayır. 

 

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərizə və sənədlərin qəbulu aprel ayının 10-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək. 

 

Ali Hərbi Məktəbə namizədlər, boyu azı 165 sm, Azərbaycan dilini sərbəst bilən, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.     

 

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər. 

 

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir. 

 

İmtahanlar test üsulu ilə IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

 

Tədris Azərbaycan dilində aparılır və təhsil müddəti 4 ildir. 

 

Ali Hərbi Məktəbə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər.  Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara müvаfiq hərbi iхtisаslаrlа bərаbər “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.   

 

Ali Hərbi Məktəbə qəbul üçün namizədlər DİN Daxili Qoşunlarının Baş İdarəsinə (Binəqədi rayonu, Q. Musabəyov küçəsi, 4) şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə və 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkili (papaqsız, rəngli, donuq kağızda) şəxsən təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR