Bank Of Baku

Göygöl rayonu ərazisində qumbaraatan mərmiləri aşkarlanıb

Göygöl rayonu ərazisində qumbaraatan mərmiləri aşkarlanıb
# 02 aprel 2018 15:55 (UTC +04:00)

Bu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib.

 

Nəticədə 3 ədəd PQ-7L raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR