Azərbaycan ordusunun hərbi hissələrində bayram tədbirləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə tədbirlər təşkil olunub.