Bank Of Baku

MN: Ermənistan tərəfi dezinformasiya yayaraq gələcək təxribatlara zəmin yaradır

MN: Ermənistan tərəfi dezinformasiya yayaraq gələcək təxribatlara zəmin yaradır
# 27 fevral 2018 18:55 (UTC +04:00)

Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər növbəti dezinformasiyadır. Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.  

 

“Bu ermənilərin növbəti dezinformasiyasıdır. Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”, - deyə Müdafiə Nazirliyinin şərhində bildirilir.

 

Qeyd edək ki, bu gün erməni mətbuatında Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərindən birinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR