Bank Of Baku

Müdafiə naziri cəbhə xəttində olub

Müdafiə naziri cəbhə xəttində olub
# 06 mart 2018 09:02 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olub.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, hərbi hissənin ərazisində Heydər Əliyevin abidəsi ziyarət edilib. Zakir Həsənov müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

 


Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
 

Hərbi qulluqçular nazirə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR