Bank Of Baku

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib
# 24 may 2018 16:40 (UTC +04:00)

Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MN-in general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.

 

Təlim mayın 25-də sona çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR