Bank Of Baku

Şəhid hərbçinin təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim olunub

Şəhid hərbçinin təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim olunub
# 23 may 2018 10:08 (UTC +04:00)

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, medalı bu gün, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin üç mərasimində Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təqdim edib.

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

 

Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə şəhid hərbçi “Şücaətə görə” medalı ilə təltif olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR