Bank Of Baku

Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü qeyd edilib

Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü qeyd edilib
# 28 mart 2018 12:52 (UTC +04:00)

Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını, Şəhidlər xiyabanını ziyarət edib.

 

APA-nın xəbərinə görə, sonra DTX-nin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

 

General-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR