Bank Of Baku

Tərtərdə tank əleyhinə mina zərərsizləşdirilib

Tərtərdə tank əleyhinə mina zərərsizləşdirilib
# 21 fevral 2018 11:52 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Qapanlı kəndi ərazisində minanın tapılması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub.

 

Mina zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR