Bank Of Baku

Xarici ölkələrin hərbi attaşeləri MSN-nin zavodlarında olublar

Xarici ölkələrin hərbi attaşeləri MSN-nin zavodlarında olublar
# 15 fevral 2018 12:24 (UTC +04:00)

Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz” zavodlarında olublar.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq xarakterli tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edib.

 

Nümayəndələrə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib.

 

Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirilib və istehsal prosesi yaxından izlənilib.

 

Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR