Bank Of Baku

Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib
# 23 fevral 2018 17:16 (UTC +04:00)

Minskdə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

 

Müdafiə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycanın Müdafiə naziri “Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

 

Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR