Bank Of Baku

Zakir Həsənov hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıq verib

Zakir Həsənov hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıq verib
# 12 aprel 2019 11:15 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.
Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR