Bank Of Baku

Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB

Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində

© APA | Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində

# 17 avqust 2021 21:25 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

18:29

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN"  və bir sıra digər şirkətlərinin rəhbərləri ilə  görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR