Bank Of Baku

Azərbaycanda texnoparkların fəaliyyət dairəsi genişləndiriləcək

Fərid Osmanov

© APA | Fərid Osmanov

# 24 noyabr 2026 10:07 (UTC +04:00)

2027-ci il yanvarın 1-dən Azərbaycanda texnoparkların fəaliyyət dairəsi genişləndiriləcək.

“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, texnopark fəaliyyəti proqram təminatının hazırlanması və sistem inteqrasiyası ilə yanaşı, avadanlıqların istehsalı və yığılması, süni intellekt, dron və digər sahələri də əhatə edəcək.

Bununla yanaşı, texnopark fəaliyyətinin genişləndirilməsi məqsədilə gələn il yanvarın 1-dən vergi güzəştləri tətbiq olunacaq.

Fərid Osmanov bildirib ki, bu addımlar Azərbaycanda İKT sektorunun inkişafı, xarici şirkətlərin ölkədə fəaliyyətə başlaması, bizneslərini genişləndirməsi və ixrac fəaliyyətinin təşviqi baxımından mühüm rol oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR