Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
# 03 sentyabr 2016 09:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1000 ədəd "Marlboro" və 13 200 ədəd "NZ" markalı siqaretlər aşkar edilib.

"Xanoba" gömrük postunda Rusiyadan Azərbaycana gələn digər Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində isə həmin avtomobildən 2000 ədəd "NZ" markalı siqaret aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR