“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Qəbələ və İsmayıllıda da ictimai dinləmələr keçiriləcək

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Qəbələ və İsmayıllıda da ictimai dinləmələr keçiriləcək
# 26 iyun 2024 13:23 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə Qəbələ və İsmayıllı rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

Nazirlikdən APA-ya verilən xəbərə görə, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları, eləcə də layihə çərçivəsində nəzərdə tutulan əlavə dəstək mexanizmlərinə dair iştirakçılara ətraflı məlumat veriləcək.

İctimai dinləmələr 27 iyun 2024-cü il tarixində saat 14:00-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində (Qəbələ şəhəri, 28 may küçəsi 34) və həmin gün saat 17:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında (İsmayıllı şəhəri, N. Nərimanov küçəsi 22) keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR