Oktyabrın 27-də Bakıda “CyberHackCon 2026” beynəlxalq etik haker konfransı keçiriləcək.
"APA-Economics" xəbər verir ki, tədbir etik hakerləri, kibertəhlükəsizlik tədqiqatçılarını, “red team” mütəxəssislərini və sahə üzrə beynəlxalq ekspertləri bir araya gətirəcək.
Konfransın əsas mövzuları hücum təhlükəsizliyi, kritik infrastrukturun və SCADA/ICS sistemlərinin qorunması, süni intellekt əsaslı kibertəhdidlər, “dark web” kəşfiyyatı, kiber-geosiyasət və EDR sistemlərindən yayınma taktikaları olacaq.
Tədbirdə 20-dən çox beynəlxalq spikerin iştirakı nəzərdə tutulur. Konfrans dövlət qurumlarının mütəxəssisləri, korporativ təhlükəsizlik rəhbərləri, kibertəhlükəsizlik tədqiqatçıları və bu sahədə təhsil alan tələbələr üçün nəzərdə tutulub.