Bank Of Baku

Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq

Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
# 06 oktyabr 2026 16:27 (UTC +04:00)

Böyük Britaniya Azərbaycanla bərpa olunan enerji, süni intellekt, rəqəmsal texnologiyalar və data mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

“APA-Economics” xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Energetikadan sonra iki ölkə münasibətlərinin növbəti əsas istiqamətinin hansı sahə ola biləcəyi barədə suala cavab verən nazir regional enerji bağlantıları və bərpa olunan enerji sahəsində böyük imkanların olduğunu bildirib.

“AI və rəqəmsal sahədə də böyük imkanlar var. Prezidentinizin Azərbaycanda data mərkəzlərinin yaradılması ilə bağlı ambisiyası var. Biz öz təcrübəmiz, bilik bazamız və investisiya imkanlarımızla bunu dəstəkləyə biləcəyimizə inanırıq”, – Lord Anas Sarvar qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR