Son hesabatlara əsasən, hər altı kiberhücum hadisəsindən birində hücum edən tərəf süni intellekt texnologiyalarından aktiv istifadə edir.
“APA-Economics” xəbər verir ki, bunu “CyberHackCon 2026” beynəlxalq etik haker konfransının təsisçisi və baş icraçı direktoru İlkin Cavadov tədbirin açılışında bildirib.
Onun sözlərinə görə, sosial mühəndislik hücumlarının 80%-dən çoxunda da süni intellekt texnologiyalarından istifadə olunur.
İ.Cavadov qeyd edib ki, süni intellektin geniş tətbiqi kiberdələduzluq hallarının təxminən 35% artmasına səbəb olur.
“Süni intellekt yalnız hücum edən tərəfə məxsus deyil. Bu texnologiya onu daha tez mənimsəyən, daha effektiv istifadə edən və inkişafdan geri qalmayan müdafiəçilər üçün də imkanlar yaradır”, – deyə o vurğulayıb.