Bank Of Baku

Fərid Osmanov: 6 Azərbaycan startapı Silikon Vadisi proqramında iştirak üçün seçilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov

© APA | İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov

# 02 sentyabr 2026 09:57 (UTC +04:00)

Altı Azərbaycan startapı “Plug and Play” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə həyata keçirdiyi GOAL proqramı çərçivəsində Silikon Vadisi təcrübə proqramında iştirak üçün seçilib.

APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində Azərbaycan startapları qlobal vençur kapitalı fondları, beynəlxalq mentorlar, korporativ tərəfdaşlar və aparıcı innovasiya şəbəkələri ilə işləmək imkanı qazanacaqlar.

F. Osmanov qeyd edib ki, startaplar eyni zamanda öz məhsullarının necə təkmilləşdirilməsi, miqyaslandırılması və beynəlxalq bazarlara çıxarılması imkanlarını qiymətləndirəcəklər.

O bildirib ki, GOAL proqramı vasitəsilə Azərbaycanın inkişaf etməkdə olan startap ekosistemi ilə qlobal innovasiya ekosistemi arasında əlaqələrin gücləndirilməsi hədəflənir.

İRİA sədri onu da qeyd edib ki, “Plug and Play”in Azərbaycanda fəaliyyətinin genişləndirilməsi müzakirə olunur: "Tərəflər mövcud əməkdaşlığın GOAL proqramı və “Industry Challenge” vörkşoplarından kənara çıxarılması imkanlarını nəzərdən keçirirlər. “Plug and Play”in Azərbaycanda daha güclü iştirakı ölkədə daha çox proqramların, vorkşopların, mentorluq imkanlarının, startaplarla iş və korporativ innovasiya fəaliyyətlərinin həyata keçirilməsinə şərait yarada bilər. Bu, startaplar, dövlət qurumları və özəl şirkətlərin beynəlxalq ekspertlərə, investorlara, mentorlara, korporativ tərəfdaşlara və qlobal startap şəbəkələrinə daha davamlı çıxışını təmin edə bilər. Əməkdaşlıq Azərbaycanın regional innovasiya və startap mərkəzinə çevrilməsi istiqamətində hədəflərinə də töhfə verə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR